Perunun sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Perunun sabiq prezidenti Alberto Fuximori oktyabrın 3-də ölkə məhkəməsinin onun əfv edilməsi barədə qərarı ləğv etməsindən sonra xəstəxanaya yerləşdirilib.

Fuximori əfv olunduqdan sonra paytaxt Limada yaşadığı evdən klinikaya aparılıb.

Onun oğlu Kenxi Fuximori "təcili yardım" maşınında atasının yanında olub. O qeyd edib ki, çətin anlarında atanın yanında olmaq insanlıq borcudur.

Xatırladaq ki, Alberto Fuximori 1990-cı ildən 2000-ci ilə qədər Perunun prezidenti olub. Məhkəmənin gəldiyi nəticəyə görə, Fuximori azından 200 milyon dollar mənimsəyib. O, korrupsiya və başqa cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2017-ci ildə Fuximori prezident Pedro Kuçinski tərəfindən əfv edilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31