Argentinanın sabiq prezidenti övladları ilə birgə məhkəmə qarşısına çıxacaq

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner və onun övladları məhkəmə qarşısına çıxacaq.

Keçmiş prezident öz ailəsi ilə birgə maliyyə fırıldaqlarında və çirkli pulların yuyulmasında ittiham olunur.

Argentina prokurorluğunun fikrincə, K.F.de Kirşner 10 ildən çox müddətdə qanunsuz yollarla pul əldə edən cinayətkar qrupun başında dayanıb.

Məhkəmə prosesinin nə vaxt başlayacağı məlum deyil.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31