Əsəd: "Putinin sayəsində bacardıq, qaydalar dəyişir"

Dünyada, xüsusilə Yaxın Şərqdə situasiya Rusiyanın fəaliyyətləri sayəsində yaxşılığa doğru dəyişib.

Bunu Küveytdən olan publisist Sabah əl-Məhəmmədə verdiyi müsahibədə Suriya Prezidenti Bəşər Əsəd deyib.

"Rusiya Çin və Hindistanla, eləcə də digər dost ölkələrlə əməkdaşlıq edərək, dünyanı yaxşı tərəfə dəyişir. Suriya hazırda rekonstruksiya prosesinə başlayıb və bütün qaçqınlar zamanla evlərinə dönürlər. Çox tezliklə bizə qarşı başladılan terror müharibəsi bitəcək və siyasi oyun qaydaları dəyişəcək. Suriya özünün ərəb dünyasındakı aparıcı rolunu geri qaytaracaq", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31