Türkiyənin tanınmış alimi İlber Ortaylıya yeni vəzifə verilib
3 Oktyabr 2018 16:43 DünyaTanınmış tarixçi alim, professor İlber Ortaylı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri təyin olunub.
Bunu mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun "Twitter" səhifəsində yazıb.
"İlber Ortaylı hamımızın ustadıdır. Mədəniyyətlə bağlı mövzularda nazirliyin müşaviri olaraq, bizə yardım edəcək. Hamımız türk mədəniyyətini inkişaf etdirməyə çalışırıq", -deyə H.Dursun bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlber Ortaylını prezident iqamətgahında qəbul etmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31