Zorakılıq ittihamlarına cavab verdi - İlk dəfə

Amber Heardla boşandıqdan sonra səssiz qalan Hollivud ulduzu Johnny Depp "GQ" jurnalına açıqlama verib. 55 yaşlı aktyor ilk dəfə olaraq aktrisa xanımına şiddət göstərməsi barədə danışıb. 

O, son üç ildə azğın kimi hərəkət etdiyini qeyd edib.  Depp Amberə şiddət göstərdiyini etiraf etməyərək ona qarşı yaradılan kampaniyalardan söhbət açıb. 

Aktyor bildirib ki, əgər insanların ona qarşı belə sərt reaksiyaları davam edərsə, kino sənətindən birdəfəlik gedəcək. 

qafqazinfo

Hollivud ulduzu həqiqətlərin tez bir zamanda ortaya çıxacağı və ictimai statusunu yenidən bərpa edəcəyini vurğulayıb. 

Xatırladaq ki, Depplə 32 yaşlı Heard 2017-ci ildə boşanıb.  Məhkəmə prosesində aktrisa ərinin ona şiddət göstərdiyini etiraf etmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31