İlk dəfə məmur Putinə “yox” dedi – Kreml şokda
3 Oktyabr 2018 15:36 DünyaAbakan şəhərinin meri Nikolay Bulakin jurnalistlərə açıqlamasında Putin administrasiyasına verdiyi cavabdan danışıb.
Vladimir Putinin göstərişi ilə Hakasiya əyalətinə qubernator təyinatı almalı olan Nikolay Bulakin bu vəzifəni qəbul etməyib:
"Prezident məni qubernator vəzifəsinin icraçısı təyin edəcək deyə mer vəzifəsindən istefa verməliyəm? Bu, məni qane etmir. Bunu istəmirəm. Mən bir müddət əvvəl yenidən bu şəhərin meri seçilmişəm. İnsanlar mənə güvənir. Bundan sonra kimi seçəcəklər, nə edəcəklər? Bu, artıq mənlik deyil".

Qeyd edək ki, Vladimir Putin Hakasiya əyalətinə Mixayıl Razvojaevi qubernator təyin edib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31