NATO-nun Rusiyaya qarşı 4 “30” planı - Felgenhauer

ABŞ hərbi bazası Polşaya təkcə NATO hərbçilərinin Brüssel sammitində planlaşdırıldığı kimi irəliləməsinə ümid bəsləməmək üçün lazımdır.

Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin "Apostrof" saytında dərc edilən məqaləsində yer alıb.

"Brüsseldə NATO müdafiə nazirləri "30+30+30+30" planının tam reallaşdırmasına çalışacaqlar. Bu plana əsasən, 30 batalyon, 30 döyüş gəmisi, 30 eskadrilya 30 gün ərzində Rusiya aqressiyasına qarşı hərəkətə keçməlidir. Burada əsas problem məhz 30 günlə bağlıdır.

Əlbəttə, eskadrilyalar daha tez uça bilərlər, amma batalyonlar bunu bacarmayacaqlar. Digər məsələ isə burada təkcə amerikalıların yox, digər ölkələrin də batalyonlarının olmasıdır. 30 batalyon isə təxminən 4 diviziyadır. Ona görə də Polşa yalnız Qərbdən gələn irəliləməyə ümid bəsləmək istəmir. Varşava anlayır ki, Qərbdən gələn batalyonlar Rusiyadan gələnlərdən daha yavaş hərəkət edəcəklər. Buna ən yaxşı maneə isə qarşıdurma xəttindən elə də uzaq olmayan məsafədə hansısa ciddi qüvvənin yerləşdirilməsidir", - deyə o bildirib.

Qeyd edək ki, Polşa Vaşinqtonla ABŞ hərbi bazasının yaradılması haqqında danışıqlar aparır. Polşa tərəfi hərbi baza ilə bağlı artıq bütün xərcləri özünün çəkəcəyini bəyan edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31