Şok təkzib: "Paşinyana belə söz verməmişik" - Saakyan

Ölkənin getməli olduğu yolu siyasi partiyalar seçir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Respublikaçılar Partiyasından olan deputat Qalust Saakyan deyib. Onun sözlərinə görə, hazırda vacib olan əsas məqam partiyaların doğru qərar üçün bir-biriylə danışıqlar aparmasıdır.

O, həmçinin Paşinyanla parlament fraksiyaları arasında baş nazirin istefasından sonra hansısa namizədin irəli sürülməyəcəyi ilə bağlı razılaşmanın olmadığını bildirib:

"Hazırda bütün hakimiyyətdə yalnız Nikol Paşinyandır. Dövlət bir adamla yaradılmır".

Qeyd edək ki, Paşinyan dünən gecə parlament önündəki aksiya iştirakçılarına deputatlarla görüşü zamanı fraksiyaların onun istefasından sonra hansısa namizəd irəli sürməyəcəyinə dair razılıq əldə etdiyini bildirmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31