Klinton “Rusiya müdaxiləsi”ni 11 sentyabrla müqayisə etdi

ABŞ-ın keçmiş dövlət katibi və 2016-cı ildə keçirilən seçkilərdə Donald Trampın rəqibi Hillari Klinton Rusiyanın seçkilərə müdaxiləsini 2001-ci il 11 sentyabr teraktı ilə müqayisə edib.

Bu barədə xanım siyasətçi "Atlantik" jurnalının baş redaktoru Ceffri Qoldberqə müsahibəsi zamanı danışıb.

"Bu bizə xarici dövlətin hücum etdiyi və bizim heç bir şey etmədiyimiz ilk idi. Uğursuz nümunədir, eyni zamanda bunu təsəvvürə gətirmək ağırdır, ancaq bu, 11 sentyabrdan sonra Corc Buşun (ABŞ-ın 43-cü prezidenti) belə deməsi kimidir:

"Mənim görüş üçün vaxtım yoxdur. Bu barədə narahat olmağa zamanım yoxdur. Bu, dəhşətli idi. Təəssüf edirik, amma biz yenidən Nyu York və Pentaqonu inşa edəcəyik. Lakin bütün bunlar bizi narahat etmir", - Klinton bildirib.

Klintonun sözlərinə görə, "Rusiya kampaniyası" və Kembric Analitik şəxsi kommunikasiya şirkətinin kombinasiyası seçkilərin nəticəsinə təsir göstərib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31