Suriyadan Türkiyəyə mesaj: "Tək bir şərtimiz var"
3 Oktyabr 2018 15:13 DünyaGələcəkdə Türkiyə ilə münasibətlərimizin normallaşdırılması vacibdir. Bunun üçün tək şərtimiz Türkiyənin əsgərlərini ölkəmizdən çıxarmasıdır.
Bu sözləri Suriyanın Xarici İşlər naziri Valid Müəllim deyib.
Nazir Türkiyə ilə Rusiya arasında sentyabrın 17-də Soçidə imzalanan İdlib anlaşmasına da münasibət bildirib.
"Türkiyənin bütün öhdəliklərini yerinə yetirə biləcəyinə inanırıq", - Müəllim bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31