Qiyam bitməyib: Dekabrda seçki qeyri-realdır - Şarmazanov

Ermənistanda növbədənkənar seçkinin maydan əvvəl keçirilməsi qeyri-realdır.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

"Mənim üçün aydın olmayan bir məsələ var. Bu 20 gündə nə dəyişib? 25 gün əvvəl hökumət deyirdi ki, seçki may-iyun ayında baş tutmalıdır, amma indi onlar seçkinin dekabrda keçirilməsini istəyirlər. Gedin, Paşinyandan soruşun görək, o, niyə görə seçkinin may-iyun ayında keçirilməsindən narahatdır", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan Respublikaçılar Partiyasından olan deputat Qalust Saakyan baş nazirin istefasından sonra parlamentin yeni baş nazir seçməyəcəyi ilə bağlı N.Paşinyana hər hansı söz vermədiklərini bildirmişdi.

Maraqlıdır ki, ötən gecə N.Paşinyan parlament fraksiyaları ilə keçirdiyi görüşdən sonra onların növbədənkənar seçkiyə və aksiyaçıların digər şərtlərinə razılaşdığını bildirmişdi.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31