Belarusda spirtli içki qadağası bir gecə davam etdi
3 Oktyabr 2018 15:09 DünyaMinsk şəhər icra hakimiyyəti oktyabrın 1-dən etibarən spirtli içki satışının saat 23:00-dan 07:00-dək satılmasını qadağan edən qərarı ləğv edib.
Qərarın iki il müddətində qüvvədə qalması gözlənilsə də, Belarus prezidenti Aleksandr Lukaşenko bu qadağanın ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.
O hesab edib ki, qadağalar vasitəsilə alkoqolizmlə mübarizə aparmaq olmaz, bu, qara bazarın və kriminal sahənin, eləcə də, qaçaqmalçılıq məhsullarının artması ilə nəticələnə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31