BMT məhkəməsi: "ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır"
3 Oktyabr 2018 14:01 DünyaBMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərarını verib.
Qərara görə ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır.
Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini açıqlamışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31