Məşhur jurnalist konsulluğa girdi və bir daha çıxmadı – Şok hadisə
3 Oktyabr 2018 13:34 Dünya"Vaşinqton post" müxbiri Camal Kaşıkçı rəsmi sənədlər üçün Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna daxil olduqdan sonra ondan xəbər alınmayıb.
Türk-Ərəb Media Qurumunun açıqlamasına görə, Camal Kaşıkçı əvvəllər "Əl Ərəb" telekanalında işləyib.
Daha sonra Vaşinqtona gedən jurnalist burada "Vaşinqton Post" qəzeti üçün yazılar yazıb. Yaxın Şərq regionunun ən məşhur jurnalistlərindən olan Camal Kaşıkçı rəsmi prosedur üçün Səudiyyə Ərəbistanının İstabuldakı baş konsulluğuna bir müddət öncə daxil olub və hələ də oradan çıxmayıb.
Artıq jurnalistin ailə üzvləri polisə məlumat verib və konsulluğun binası qarşısına toplaşıblar.
Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31