Türk dili Avropada ilk beşlikdə yer aldı
28 Sentyabr 2018 12:26 DünyaRus dili Avropada ən çox yayılan dildir.
Bu barədə məlumat Avropa Şurasının Feysbuk səhifəsində yer alıb. Şuranın səhifəsində yerləşdirilən infoqrafikada rus dilində 120 milyon insanın danışdığı bildirilib. Ondan sonrakı yerlərdə isə alman (95 milyon nəfər), fransız (80 milyon nəfər), ingilis dili (70 milyon nəfər) qərarlaşıb.
Türk dili siyahıda beşinci yeri tutub. Belə ki, Avropanın müxtəlif yerlərində olan 70 milyon insanın bu dildən istifadə etdiyini bildirib. Ondan sonrakı yeri isə 69 milyon nəfərlə italiyan dili tutub.
Qeyd edək ki, hazırda dünyada 7102, Avropada isə 150 dildən istifadə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31