Zərif: "İsrail gizli nüvə proqramı həyata keçirir"
28 Sentyabr 2018 12:09 Dünyaİsrail bölgədə gizli nüvə silahlanması proqramı olan yeganə rejimdir.
Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif danışıb.
"İsrailin qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb", - Zərif yazıb.
Zərifin açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışından sonra yayılıb. Netanyahu çıxışı zamanı Tehranın tonlarla nüvə materialının saxlandığı gizli anbara sahib olduğunu bildirərək, Avropa ölkələrini İrana qarşı ABŞ-ın bərpa etdiyi sanksiyalara qoşulmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31