"Əsəd artıq meyit dövlətə rəhbərlik edir"

Suriya Prezidenti Bəşər Əsəd Suriya konfliktində qələbə qazanmayıb.

Bunu Nyu Yorkda jurnalistlər üçün brifinqdə çıxışı zamanı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

"Əsəd hazırkı məqamda qalib gəldiyini düşünə bilər. Hazırda o, Suriya ərazisinin yarısını əlində saxlayır, amma əhalinin yarısı onun nəzarətində olan ərazilərdə məskunlaşmayıb. O, iqtisadiyyatı, neft və qaz resurslarına girişi olmayan meyit dövlətdə oturur. Ona görə də onun nəyisə udduğunu düşünmürəm", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31