ABŞ: İranla Suriyada savaşmayacağıq

ABŞ İranı Suriyadan güc yoluyla çıxmağa məcbur etməyəcək.

BNunu Nyu Yorkda jurnalistlər üçün təşkil etdiyi brifinqdə çıxışı zamanı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. Onun sözlərinə görə, ABŞ İranın Suriyadan çıxarılması məsələsində yalnız siyasi təzyiqlərlə kifayətlənəcək:

"İranlıları Suriyadan getməyə məcbur etməyəcəyik. Nə biz, nə də ruslar onları Suriyadan getməyə məcbur edə bilər. Ona görə ki, məcburetmə hərbi yolla həyata keçirilir, biz isə savaş istəmirik. İranlılara qarşı yalnız siyasi təzyiqlərdən istifadə edəcəyik. Bununla belə, İran Suriyada qaldığı müddət ərzində ABŞ Suriyadan çıxmayacaq".

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31