XİN: Serj Sarqsyanın Vatikanda səfir olan kürəkəni geri çağırılacaq
28 Sentyabr 2018 11:43 DünyaErmənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı səfiri Mikael Minasyan geri çağırılacaq.
Bunu ölkənin xarici işlər nazirinin müavini Ruben Rubinyan bildirib.
M.Minasyanın Vatikandan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandıran nazir müavini deyib: "Xeyir, o vəzifəsini davam etdirməyəcək. Bu, baş nazir Nikol Paşinyanın qərarıdır".
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31