CAR-da təyyarənin mühərrikində on minlərlə arı yuva salıb - VİDEO
28 Sentyabr 2018 11:41 DünyaCAR-da bir neçə on min arı dəstəsi təyyarələrdən birinin mühərrikində yuva salıb. Durban Kral Şaka Aeroportunun administrasiyası həşərətların yeni yaşayış yerlərini tərk etmək istəməmələri səbəbindən üç aviareysi təxirə salmalı olub.
Arıların təyyarəsində məskən saldığı "Mango Airlines" daşıyıcısının "Twitter" mikrobloquna yerləşdirilən məlumata görə, dəstələrdən bir hissəsi hətta bir qədər bal da toplaya bilib.
Sonda hava limanı əməkdaşları hadisə yerinə mütəxəssis çağırmalı olublar. Onlar əraziyə gəldikdən yarım saat sonra problemi həll ediblər.
Bildirilir ki, tüstüdən istifadə yuvaların mühərrikə və yanacaqötürmə sisteminə yaxın olması səbəbindən istisna edilib. Arıçılar həşəratları əlləri ilə qovaraq xüsusisi qəfəsə salıblar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31