Maduro Trampla görüşünün müsbət nəticələr verəcəyini deyib

Venesuela prezidenti Nikolas Maduro güman edir ki, onun amerikalı həmkarı Donald Trampla görüşü müsbət nəticələr verəcək.

Onun sözlərini "El Periodoco" nəşri sitat gətirib.

"Donald Tramp və mən, biz təkbətək görüşəcəyik... və mən əminəm ki, bu, yaxşılığa doğru olacaq", - deyə o bildirib.

Maduro bundan əvvəl ABŞ prezidenti ilə görüşməyə hazır olduğunu təsdiq edib.

Öz növbəsində Tramp da onunla görüşə biləcəyini istisna etməyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31