ABŞ-da reaktiv sərnişin təyyarəsi qəzaya uğrayıb
28 Sentyabr 2018 11:38 DünyaÖtən gün ABŞ-ın Cənubi Karolina ştatının Qrinvill şəhər aeroportunda reaktiv sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə iki pilot ölüb, daha iki sərnişin yaralanıb.
"Dassault Falcon 50" tipli təyyarə enmə zolağından kənara çıxıb və tən ortadan bölünüb.
Təyyarədə sərnişin qismində ər-arvad cütlüyü olub. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kritikdir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31