Niderlandda terror aktının qarşısı alınıb
28 Sentyabr 2018 11:26 DünyaNiderlandda hüquq-mühafizə orqanları terror hücumunun hazırlanmasında şübhəli bilinən 7 nəfəri həbs edib.
Qrupun lideri - 34 yaşlı şəxs silahlı terrorçu-intiharçılar vasitəsi ilə keçiriləcək tədbirlərin birində terror aktı törətməyi planlaşdırırdı.
Qeyd olunur ki, terrorçular həmçinin digər yerdə partlayıcı qurğularla doldurulmuş avtomobili partlatmaq planlaşdırırdılar.
Polis əməkdaşları terrorçuların zərbələri harada endirəcəklərini öyrənə bilməyib. Terrorçular Arnem və Vert şəhərlərində tutulub.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31