Polşa ABŞ bazası üçün xüsusi işçi qrup yaratdı

ABŞ-ın Polşada daimi bazasının yerləşdirilməsi üçün Polşa-ABŞ İşçi Qrupu yaradılıb.

Bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Mariuş Blaşak deyib.

"Bu işçi qrupu detalları müzakirə edir. Qrupun birinci görüşü iki həftə əvvəl baş tutub. Bizim aramızda diskussiya davam edir. Polşada ABŞ bazasının yerləşdirilməsi üçün kifayət qədər çox yer var", - deyə o bildirib.

Qeyd edək ki, Polşa hökuməti ölkədə ABŞ bazasını Rusiya ilə sərhədə yaxın ərazidə yerləşdirmək istədiyini açıqlayıb. Moskva isə Polşada, ümumiyyətlə, xarici ölkə bazasının yerləşdirilməsini kəskin şəkildə pisləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31