Sərkisyan geri dönür: Xüsusi iclas çağırıldı

Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının xüsusi iclası keçiriləcək.

Bunu "SputnikErmənistan"a açıqlamasında Respublikaçılar Partiyasının nümayəndəsi Ruben Tadevosyan deyib. O, xüsusi iclası eks-prezident Serj Sərkisyanın idarə edəcəyini bildirib.

İclasda müzakirə ediləcək məsələləri açıqlamayan Tadevosyan gündəliyin iclas zamanı sədr və icraedici orqanın üzvləri tərəfindən müəyyənləşdiriləcəyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31