Robert Koçaryan və Serj Sarqsyan diplomatik pasportdan məhrum edilib
27 Sentyabr 2018 18:40 DünyaErmənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.
Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.
Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.
Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarqsyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, "Taşir qrupu"nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31