Rusiyada pensiya islahatları qəbul edildi
27 Sentyabr 2018 17:13 DünyaRusiya Dövlət Duması üçüncü oxunuşdan Rusiyada pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini qəbul edib.
Qərarın lehinə 333, əleyhinə 62 deputat səs verib.
Rusiya hökuməti tərəfindən təklif edilən qanun layihəsi mərhələli şəkildə pensiya yaşının beş ilə qədər - qadınlarda 60, kişilərdə isə 65 yaşa artırılmasını nəzərdə tutub. Əmək pensiyasının yaşı isə dəyişilməz qalacaq - qanunda bu, qadınlarda 55, kişilərdə 60 yaş göstərilib.
Qanun layihəsinin ikinci oxunuşunda bəzi düzəlişlər edilib. Prezident Vladimir Putin tərəfindən təklif edilən 324 düzəlişdən 10-u qəbul edilib, 72 düzəliş müzakirə edilsə də, heç biri qəbul edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31