Ərdoğanın Almaniyaya rəsmi səfəri başlayıb
27 Sentyabr 2018 16:30 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya rəsmi səfəri başlayıb.
Səfər Almaniya Prezidenti Frank-Valter Ştaynmeyrin dəvəti əsasında reallaşır.
Səfər zamanı Türkiyə Prezidentini xəzinə və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiya naziri Mustafa Varanak, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin sözçüsü İbrahim Kalın, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan müşaiyət edir.
Səfər sentyabrın 29-dək davam edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31