Rusiyada göyərçinlər kütləvi tələf oldu

Rusiyanın Oryol şəhərində göyərçinlərin kütləvi tələfatı baş verib.

Bu barədə şəhər sakinləri Oryol vilayətinin ekoloji təhlükəsizlik xidmətinə müraciət edib.

Qeyd olunur ki, çoxlu sayda göyərçin cəsədi şəhərin mərkəzindəki meydanda aşkar olunub.

Sakinlər göyərçinlərin zəhərlənmə ehtimalı olduğunu bildirib.

Hazırda quşların ölüm səbəbi araşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31