Əfqanıstanın Qəzni şəhəri raket atəşinə tutulub

Naməlum şəxslər Əfqanıstanın şərqində yerləşən Qəzni şəhərini raket atəşinə tutublar. Ölkə Prezidenti Əşrəf Qəni hazırda bu şəhərdədir.

Ariana telekanalının yaydığı məlumata görə, şəhərə ümumilikdə 3 raket atılıb. Raketlər əyalət qubernatorunun ofisinin yaxınlığına düşüb. Zərər çəkənlər bərədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni əyalətin təhlükəsizliyini yerli hökumətlə müzakirə etmək üçün bu gün Qəzni şəhərinə gəlib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31