Ukraynada pilotsuz uçuş aparatı vurulub

Ukraynanın Vinnitsa vilayətinin Pavlovka Kalinovsk rayonunda hərbi silah anbarının ətrafında pilotsuz uçuş aparatı vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, naməlum şəxslər hərbi hissənin silah anbarı ətrafında pilotsuz uçuş aparatını işə salıblar. Hazırda pilotsuz uçuş aparatının konkret hansı tərəfdən qaldırıldığı məkan araşdırılır.

Qeyd edək ki, ötən il sentyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinə məxsus həmin silah-sursat anbarında güclü partlayış baş vermişdi. Nəticədə 800 milyon dollar məbləğində 32 min ton silah-sursat sıradan çıxmışdı.

Azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31