KİV: Hindistan Rusiyadan “S-400” raket sistemləri alacaq

Hindistan hökuməti Rusiyadan 5,43 milyard ABŞ dolları məbləğində "S-400" zenit raket sistemləri satın almağa dair müvafiq saziş imzalamaq niyyətindədir.

Bu barədə "The Economic Times" nəşrinin yaydığı qeyri-rəsmi məlumatda deyilir. Bildirilir ki, həmin qərar Rusiya Prezidenti Vladimir Putinin Nyu-Dehliyə səfəri ərəfəsində hökumətin nəzdindəki Təhlükəsizlik Komitəsinin keçirilən iclasında qəbul olunub.

Bu məlumatın hələlik rəsmi səviyyədə təsdiq olunmadığı da qeyd edilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31