İrəvan Qarabağ separatçıları ilə “müqaviləyə” hazırlaşır

Ermənistanla "dqr" arasında "hərbi-siyasi müttəfiqlik" müqaviləsinin bağlanması məsələsi Ermənistan Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı həmkarlarımızdan cavab gözləyirik.

Bunu Qarabağ separatçılarının rəhbəri Bako Saakyan deyib.

"Bir neçə il əvvəl bu istiqamətdə müəyyən işlər görülüb və bu sənəd Ermənistandakı həmkarlarımız tərəfindən hazırlanıb. Bu məsələ Ermənistanın yeni rəhbərliyinin bir müddət öncəki səfərlərində də müzakirə edilib", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan ordusunun 60 faizinin Qarabağda yerləşdirildiyi haqda məlumatlar var. Azərbaycanın işğal altına saxlanan 13 rayonunda yalnız Ermənistan ordusunun əsgərləri yerləşdirilib. Qarabağın erməni əhalisinin 65 min olduğunu nəzərə alsaq, separatçıların silahlı dəstəsinin həcmini təsəvvür etmək çətin olmaz.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31