"Rusiyanı İran kimi çökdürmək mümkün deyil" – ABŞ-dan etiraf
27 Sentyabr 2018 15:23 DünyaRusiya ABŞ-ın sanksiya tətbiq etdiyi digər ölkələrdən fərqlənir.
Bunu ABŞ Nümayəndələr Palatasında çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Marşal Billinqsli deyib.
"Biz Rusiya aqressiyasına qarşı İran və Şimali Koreyaya qarşı tətbiq etdiyimiz yanaşmalarla mübarizə apara bilmərik. Rusiya iqtisadiyyatı böyükdür və dünya iqtisadiyyatına, beynəlxalq maliyyə sisteminə çox yaxşı inteqrasiya olunub. İran və Şimali Koreya isə onilliklər ərzində beynəlxalq maliyyə sistemindən təcrid olunublar. Biz cərrah dəqiqliyi ilə Maliyyə Nazirliyinin mexanizmlərindən istifadə etdik ki, Rusiyaya qarşı təzyiqləri maksimuma çatdıraq və bunun ABŞ, eləcə də onun Avropadakı müttəfiqləri üçün təsirini minimuma endirək", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31