Əvvəl namaz qıldılar, sonra nəzir qutusundakı pulu oğurladılar - Video

Türkiyənin Kütahya şəhərində məsciddə oğurluq hadisəsi baş verib.

Axşam namazına gedən 3 gənc məsciddən çıxarkən nəzir qutularındakı pulu oğurlayıb. Pulun məbləği isə 500 lirə olub. Müşahidə kameralarına düşən həmin anlar polisin oğruları tutmasını asanlaşdırıb. Məhkəmə zamanı gənclərin əvvəllər də oğurluq üstündə məhkumluq yaşadıqları məlum olub.

Hər 3 şəxsə həbs cəzası verilib. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31