İlk “Apple” kompüteri villa dəyərinə satıldı
27 Sentyabr 2018 15:16 DünyaStiv Cobs və Stiv Vozniakın hazırladığı, modern zamanın ilk kompüterlərindən olan "Apple-1" hərraca çıxarılıb.
Kompüter 375 min dollara satılıb. Onlayn alış-veriş zamanı "Apple-1"ə adı açıqlanmayan cütlük sahib ola bilib.
Qeyd edək ki, 1970-ci illərin ortalarında təqribən 200 ədəd istehsal edilən "Apple-1" adlı kompüterlərdən 79-u indiyədək mövcudluğunu qoruyub saxlayır.
"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31