Doqquz məktəblinin qatili edam edildi

Çinin Ali Xalq Məhkəməsi doqquz məktəblinin qatilini edam etməyə qərar verib.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şensi vilayətinin məhkəməsi məlumat yayıb. Məktəbdən evə qayıdan doqquz şagirdi qətlə yetirən 28 yaşlı Çjao Szeveyanın edam olunması ilə bağlı hökm oxunub.

Qeyd edək ki, sözügedən cinayət aprelin 27-də baş vermişdi. Hücum həmçinin 12 nəfərin yaralanmasına səbəb olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31