“Mən Putinlə razılaşmışam...” – Netanyahu hər şeyi danışdı
27 Sentyabr 2018 14:17 Dünyaİsrailin baş naziri Benyamin Netanyahu Rusiya ilə yaşanan diplomatik münaqişədən danışıb.
O, Nyu Yorkda qaldığı oteldə uçuş öncəsi bu məsələyə toxunub:
"Rus təyyarəsinin vurulması bizim üçün daha ağır nəticələr verə bilərdi. Buna baxmayaraq İsrail Suriyada Əsəd və İrana qarşı mübarizəyə davam edəcək".
Baş nazir Rusiyanın Suriyaya yeni S-300 raket kompleksi göndərməsi məsələsinə də münasibət bildirib:
"Bu, çox ciddi məsələdir. İsrailin təhlükəsizliyi üçün təhlükədir. Rusiya ilə "İl-20" məsələsi ilə bağlı gizli kanallarla danışıqlara davam edirik.
Biz əvvəlki kimi İranın Suriyada güclənməsinə qarşı mübarizə aparacağıq. Bu məsələdə isə Rusiya Hərbi Qüvvələri və İsrail Müdafiə Nazirliyi bir-birlərini məlumatlandırmağa davam edəcək. Mən Putinlə razılaşmışam. Diplomatik heyət bu yaxınlarda yenə görüşəcək".
teleqraf