ABŞ bombardımançıları Çin səmasında – Vaşinqton-Pekin gərginliyi artır

ABŞ-a məxsus "B-52" nüvə raketli təyyarə Çinin hava məkanını pozub.

"B-52" hərbi təyyarəsi iki yapon qırıcısının müşayiəti ilə Şərqi Çin dənizindəki adaların üzərində uçuşlar keçirib.

ABŞ mediası Pentaqona istinadla xəbər verir ki, bu uçuşun Çinlə Yaponiya arasında mübahisəli bölgə olan Senkaku adasının üzərindən edilməsi əvvəlcədən planlaşdırılıb.

Məsələnin Vaşinqton-Pekin münasibətlərinə ciddi təsir edəcəyi gözlənilir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31