ABŞ-da benzinin payız qiymətləri son 4 ilin rekord səviyyəsinə çatıb
27 Sentyabr 2018 13:53 DünyaABŞ Prezidenti Donald Trampın OPEC-i dəfələrlə qiymətləri azaltmağa çağırmasına baxmayaraq, ölkədə benzinin qiymətləri mövsümi maksimum həddinin son dörd ildəki rekord səviyyəsinə çatıb.
Amerika Avtomobil Assosiasiyasının mətbuat katibi Canet Kaselanonun sözlərinə görə, adətən benzinin qiymətləri yaydakı pik tələbatla bağlı qalxandan sonra xeyli azaldığı halda, bu il həmin azalma həmişəkindən zəif olub.
Hazırda benzinin bir qallonunun çərşənbə günü üçün orta qiyməti 2,867 dollar təşkil edir ki, bu da 2014-cü ildən bu yana payız üçün ən yüksək qiymətdir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31