Ermənistan Türkiyə vətəndaşını ölkəsinə qaytarıb

Ermənistanda saxlanılan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmen ölkəsinə təhvil verilib.

Umut Ali Özmen sentyabrın 27-də Türkiyə-Emənistan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan sentyabrın 26-da onu qaytarmağa hazır olduqlarını bildirmişdi.

Xatırladaq ki, Umut Ali Özmen heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31