"Kremlin yeni hədəfi Azov dənizidir" - Poroşenko
27 Sentyabr 2018 12:49 DünyaBeynəlxalq ictimaiyyət Rusiyanın Azov dənizində gəmiçiliyin fəaliyyətinə maneə yaratmasına cavab olaraq ona qarşı sanksiyaları gücləndirməlidir.
Bunu BMT Baş Assambleyasının 73-cü sessiyasındakı ümumi debatlarda çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
"Lazımi cəzanın olmaması Gürcüstandan sonra növbənin Ukraynaya, Litvinenkodan sonra Skripala, Hələbdən sonra İdlibə çatmasına səbəb oldu. Kreml dayanmaq niyyətində deyil. Krımın işğalından sonra onun bugünkü hədəfi Azov dənizidir", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31