Suriyadan gözlənilməz xəbərdarlıq: "İdlibə gəlirik!"

Suriya hökuməti İdlibdə sülh və ya hərb yolu ilə nəzarəti bərpa edəcək.

Bu barədə Suriya Xarici İşlər nazirinin müavini Faysal Miqdad danışıb.

"Suriyanın hər yerində olduğu kimi, İdlibdə də uğura nail olunacaq. Bu barədə mesajımız hər kəsə açıqdır. Müharibə və ya sülh yolu ilə İdlibə gəlirik", - Miqdad bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31