Veronikanın tacı geri alındı

"Miss Ukrayna-2018"in qalibi  Veronika Didusenkonun tacı geri alınıb. Bu barədə müsabiqənin saytında məlumat verilib.  

Qeyd olunub ki, Didusenko müqavilənin şərtlərini pozub. Qaydalara görə, iştirakçılar subay və övladları olmamalıdır.

"Veronika Didusenko evli və uşaq sahibidir. O, bizə yalan məlumatlar verib"- deyə təşkilat komitəsi bildirib.  

Yeni "Miss Ukrayna -2018"in kimliyi 30 sentyabrda açıqlanacaq. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31