ABŞ dövlət katibindən Bransonla bağlı yeni açıqlama

Türkiyəli rəsmilərlə bu həftə rahib Endryu Bransonla bağlı məsələnin müzakirəsini gözləyirik.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, Türkiyədə həbsdə olan rahib bu ay sərbəst buraxıla bilər: "Hətta o, dərhal azadlığa çıxarılmalıdır".

Xatırladaq ki, Endryu Branson casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31