Üç ölkənin adı açıqlandı - Maduroya qarşı terror

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olayında Latın Amerikasının üç ölkəsinin diplomatlarının iştiraklarının olmasına eyham vurulub.

Ölkənin rabitə naziri Corc Rodrigez paytaxt Karakasda Kolumbiya, Çili və Meksika səfirliklərində çalışan şəxslərin sui-qəsd olayında iştirak etdiklərini açıqlayıb.

Hadisə ilə bağlı həbs edilən şəxslər ifadələrində onlara adları açıqlanan ölkələrin diplomatlarının dəstək olduqlarını bildiriblər.

Qeyd edək ki, Maduroya qarşı avqust ayında Karakasda keçirilən tədbirlərin birində bomba yüklü dronlarla hücum təşkil eidlib. Hadisə zamanı prezident heç bir xəsarət almayıb.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31