İnstaqrama zərbə - Yaradıcıları şirkəti tərk edir

İnstaqram sosial şəbəkəsinin yaradıcıları şirkəti tərk edirlər.

Kevin Sistrom və Mayk Kriger istefa barədə ərizə təqdim ediblər və yaxın həftələrdə şirkəti tərk edəcəklər.

Onlar öz ərizələrində Feysbukun yaradıcısına öz təşəkkürlərini bildiriblər.

Ərizələrin birində deyilir: "Mayk, İnstaqramda son 8, Feysbukda son 6 ilimə görə sənə təşəkkür edirəm".

Qeyd edək ki, şirkət yaradıcıları açıqlamalarında iş rejimindən yorulduqlarını və özlərində yaradıcılıq hissini yenidən formalaşdırmaq üçün istefa verdiklərini bildiriblər.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31