Kürd deputat Avropaya müraciət etdi – Xəyanət
Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü XDP-çi millət vəkili Filiz Kerestecioğlu qurumun iclasında çıxışı zamanı Türkiyə əleyhinə fikirlər səsləndirib. Millət vəkili AŞ-nın Baş katibi Yoqlanda müraciət edib.
24 Yanvar 2018 14:04 DünyaTürkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü XDP-çi millət vəkili Filiz Kerestecioğlu qurumun iclasında çıxışı zamanı Türkiyə əleyhinə fikirlər səsləndirib. Millət vəkili AŞ-nın Baş katibi Yoqlanda müraciət edib.
"İki gün əvvəl hörmətli Ərdoğan Afrinə müharibə elan etdi. Bölgədə bir çox sivil insanın həyatını itirdiyi iddia edilir. Bu əsnada Türkiyədə müharibə əleyhinə bütün sülhpərvər nümayişlər şiddətlə yatırılır. Məsələ ilə bağlı Avropa Şurası nə etməyi planlaşdırır?" - Kerestecioğlu bildirib. Axar.az