Rusiya prezidenti haqqında film
Bollivudun ən uğurlu rejissorlarından biri, “Dharma Productions” şirkətinin rəhbəri Karan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib. Rejissor filmin istənilən dildə uğur qazana biləcəyinə əminliyini ifadə edib.
24 Yanvar 2018 09:26 DünyaBollivudun ən uğurlu rejissorlarından biri, "Dharma Productions" şirkətinin rəhbəri Karan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib.
Rejissor filmin istənilən dildə uğur qazana biləcəyinə əminliyini ifadə edib.
O, həmçinin bildirib ki, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusundadır.
Qeyd edək ki, ötən il Hollivud rejissoru, üç dəfə Oskar mükafatı qazanmış Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında müsahibələr formasında sənədli film çəkib.