Qaz yatağında qəza: 5 ölü

ABŞ-ın Oklahoma ştatında yerləşən qaz yatağında baş verən partlayış nəticəsində 5 nəfər ölüb. Bu barədə məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

ABŞ-ın Oklahoma ştatında yerləşən qaz yatağında baş verən partlayış nəticəsində 5 nəfər ölüb.

Bu barədə məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

Ölənlərdən 3 nəfəri Oklahoma sakinidir, digər iki nəfər Texas və Koloradodan gəlmədir.

Hadisə bazar ertəsi baş verib, lakin xilasedicilər yanğın səbəbindən cəsədlərin axtarışlarına başlaya bilməyiblər.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31